Bu gün səhər saatlarında dördmərtəbəli yaşayış binasında partlayış olub.
ARB TV xəbər verir ki, hadisə şəhərdə yerləşən dördmərtəbəli binada "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.
İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib.
Sakin: "Səhər-səhər 6-ya qalmış əynimi geyinib bazara gedirdim, gördüm partlayış oldu. Əvvəl elə bildim zəlzələ oldu. Durub çölə qaçdım. Gəldim dedilər ki, binanın bir hissəsi yoxdur. İçəridən də oğlanla anasının səsi gəlirdi "bizi qurtarın” deyirdi”.
Sərxan Məmmədov - sakin: "04:20-də güclü partlayış oldu. Gəldik ki, binanın yarısı çöküb aşağı. Bir və ikinci mərtəbələrdə yaşayış var, üçüncü, dördüncü mərtəbələdə yoxdur”.
Fövqəladə Hallar Naziri Kəmaləddi Heydərov, Gəncə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri də hadisə yerində olublar.
Axtarış xilasetmə işləri nəticəsində dağıntılar içərisindən 24 yaşlı Cumazadə Cuma Saleh oğlunun, 47 yaşlı Tağıyaeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyiti tapılaraq çıxarılıb. Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Kəmaləddin Heydərov - Fövqəladə Hallar Naziri: "Səhər saat 05:00-da məlumat daxil olub. İlkin ehtiala görə, partlayış binanın iknci mərtəbəsindəki mənzildə qaz sızması nəticəsində baş verib. Xilasetmə işləri davam etdirilir”.
Partlayış nəticəsində binanın bir hissəsinin bir bloku təmamilə çöküb.
Tükəzban Ağayeva – sakin: "Səhər saat 05:00-da çay qoymağa durdum. 05:30 radələrində partlayış oldu. Duman oldu, daha heçnə başa düşmədik. Balkona çıxmaq istəyəndə gördüm nə aynam var, nə qapım. Divarımız çartlayıb. Su çənləri partlayıb, evimizi su basıb”.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şərhlər