Xəbər lenti

Gəncənin icra başçısı Fulya Öztürkə samovar hədiyyə etdi (FOTOLAR)
Foto 15:34 17.06.2021

Gəncənin icra başçısı Fulya Öztürkə samovar hədiyyə etdi (FOTOLAR)

Vətən Müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə "Fulya” adlı sənədli filmin istehsalına başlanılıb. Filmin qəhrəmanı Vətən Müharibəsi zamanı operativliyi və dəqiqliyi ilə Azərbaycan xalqının rəğbətini qazanan türkiyəli müxbir Fulya Öztürkdür. Fulya Öztürkün Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycanın digər şəhər və rayonları kimi Gəncənin də dinc əhalisinə qarşı törətdiyi terror zamanı təqdim etdiyi reportajların filmdə yer alması, çəkilişlərin Gəncədə aparılmasını zəruri edir. Bununla əlaqədar olaraq "Azərbaycanfilm” kinostudiyası və Türkiyənin "Dado” Produksionun çəkiliş qrupu Fulya Öztürklə bərabər Gəncəyə səfər edib. Səfər çərçivəsində Fulya Öztürk Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. İcra Hakimiyyətinin binasında baş tutan görüşdə Türkiyənin Gəncədəki baş Konsulu Zeki Öztürk də iştirak edib. 

Qaynarinfo xəbər verir ki, Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı  Fulya xanımın Gəncə üçün böyük əmək sərf etdiyini vurğulayıb. Şəhər rəhbəri hazırladığı reportajlarla hər kəsin rəğbətini qazanan Fulya Öztürkə göstərdiyi bu fədakarlığa görə minnətdarlığını bildirib. 

Fulya Öztürk Gəncənin ürəyində xüsusi yer tutduğunu dilə gətirən Fulya xanım müharibə zamanı baş verən dəhşətli hadisələrin bir daha təkrarlanmamasını arzulayıb. 

Sonra  44 günlük Vətən Müharibəsində Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdikləri terror hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə Fulya Öztürk təşəkkürnamə ilə  təltif edilib və xatirə hədiyyəsi təqdim olunub. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->