General Qazaxda hərbi salam verən məktəblini qəbul etdi (FOTO)

General Qazaxda hərbi salam verən məktəblini qəbul etdi (FOTO)

Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin hərbçilərini yol kənarında hərbi salamla qarşılayan Qazax rayonunun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi, Elton Xıdır oğlu Hacızadə DSX Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.

Qaynarinfo xəbər verir ki, sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb.

Məktəbliyə gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR