Xəbər lenti

Gəzi parkı olaylarında yaralanan qız 9 ay sonra öldü
Dünya 14:04 11.03.2014

Gəzi parkı olaylarında yaralanan qız 9 ay sonra öldü

16 yaşlı Berkin Elvan 269 gün komada qalmışdı

Ötən il Türkiyədə Gəzi parkı etirazları zamanı ağır xəsarət alaraq komaya düşən yeniyetmə düz 269 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

16 yaşlı Berkin Elvan etirazlar zamanı başına qaz balonu dəyməsi nəticəsində koma vəziyyətinə düşmüşdü. İstanbulun Okmeydanı xəstəxanasında uzun müddət aparata qoşulu qalan yeniyetmənin çəkisinin 45 kiloqramdan 16 kiloqrama düşdüyü bildirilirdi.

Ailəsinin sosial şəbəkədə Berkin Elvanın ölüm xəbərini yaymasından sonra onu tanıyanlar və tanımayanlar xəstəxananın önünə axışıb. Bura gələnlər arasında "Cümhuriyyət Xalq Partiyası"ndan olan millət vəkilləri də olub.

Qeyd edək ki, Berkin Elvanın ağır yaralanmasına səbəb olanların mühakimə edilməsi tələbi ilə İstanbulda dəfələrlə aksiyalar keçirilmişdi.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->