16 yaşlı Berkin Elvan 269 gün komada qalmışdı
Ötən il Türkiyədə Gəzi parkı etirazları zamanı ağır xəsarət alaraq komaya düşən yeniyetmə düz 269 gün komada qaldıqdan sonra dünyasını dəyişib.
16 yaşlı Berkin Elvan etirazlar zamanı başına qaz balonu dəyməsi nəticəsində koma vəziyyətinə düşmüşdü. İstanbulun Okmeydanı xəstəxanasında uzun müddət aparata qoşulu qalan yeniyetmənin çəkisinin 45 kiloqramdan 16 kiloqrama düşdüyü bildirilirdi.
Şərhlər