Dünya 18:14 16.04.2019

Gizli məzarlardan 45 cəsəd tapıldı

Meksikanın Sonora və Xalisko əyalətlərində gizli məzarlardan 45 cəsəd tapılıb.

Qaynarinfo xəbər verir ki, Sonorada 30, Xaliskoda isə 15 meyit tapılıb. Məsələ ilə bağlı istintaq prosesinə başlanılıb.

Qeyd edək ki, Meksikada daha çox narkotik şəbəkələri kütləvi cinayətlər törədirlər. Ölkədə 2018-ci ilin ilk 6 ayında 15 973 cinayət qeydə alınıb. Bu rəqəm əvvəlki illə müqayisədə 16 dəfə çoxdur. Dünyanın ən təhlükəli 10 ərazisindən 5-i Meksikada yerləşir.

Gülşən