Xəbər lenti

Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Ekonomiks12:51 02.04.2026

Yelo Bank 6 nominasiya üzrə qalib seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il ənənəvi olaraq keçirilən "Bankçılıq Mükafatları” çərçivəsində 2025-ci ilin yekunları üzrə qaliblər elan edilib. Yelo Bank-ın ötən il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyət ABA tərəfindən yüksək qiymətləndirilib.

Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq görülüb:

* Korporativ sosial məsuliyyət;

* Maliyyə savadlılığı dəstəkçisi;

* Təhsil dəstəkçisi;

* Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;

* Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;

* Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).

Yelo Bank üçün 2025-ci il həm rəqəmsallaşma, həm də sosial məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə dəstək, KOB-in maliyyələşdirilməsi və dayanıqlı inkişaf təşəbbüsləri Bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz hissəsidir.

Tecili kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.