Xəbər lenti

Gömrük auditi daha keçirilməyəcək
Ekonomiks 10:57 04.08.2014

Gömrük auditi daha keçirilməyəcək


Baş nazir Artur Rasizadə “Gömrük auditinin həyata keçirilməsinin nəticələrinə dair aktın forması və tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 165 nömrəli qərarının ləğv edilməsi haqqında qərar verib.

Qaynar.info Lent.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə verilib. Qərarda qeyd edilir:

“Gömrük auditinin həyata keçirilməsinin nəticələrinə dair aktın forması və tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 165 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, №8, maddə 814) ləğv edilsin”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->