2020-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4 milyard manat vəsait daxil olacağı gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində qeyd olunub.
Sənədlərə əsasən, proqnozlaşdırılan rəqəmlər cari illə müqayisədə 8% daha çoxdur.
2020-ci il üçün yol vergisində də artım gözlənilir. Bu istiqamətdə daxilolmaların illik müqayisədə 40,6% artaraq 45 milyon manat olacağı nəzərdə tutulub.
Əlavə dəyər vergisi üzrə daxilolmaların 13,2% artaraq 2 705 milyon manat, gömrük rüsumları üzrə daxilolmaların 5,6% artaraq 950 milyon manat, aksizlər üzrə daxilolmaların isə 21,1% azalaraq 300 milyon manat olacağı gözlənilir.
Şərhlər