Xəbər lenti

Gömrük Komitəsindən İranla sərhədin bağlanması ilə bağlı açıqlama
Ekonomiks 17:40 23.02.2020

Gömrük Komitəsindən İranla sərhədin bağlanması ilə bağlı açıqlama

Dövlət Gömrük Komitəsi Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində yaranan məhdudiyyətlərə münasibət bildirib.  

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov oxu.az-a açıqlamasında bildirib ki, Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib:  

"Ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur”. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->