Ölkə 10:40 19.08.2022

Gömrük Komitəsi 67 yaşlı generalın təqaüdə göndərildiyini təsdiqləmir (YENİLƏNİB)

Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişləri Baş İdarəsinin rəisi təqaüdə göndərilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə, dünən Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, 67 yaşlı general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.
 
Xatırladaq ki, general-mayor Mirqasım Vahabov sabiq Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Aydın Əliyevin adamı kimi tanınıb. O, sabiq komitə sədri Səfər Mehdiyevin də inamını qazanmışdı.

Qeyd edək ki, , general-mayor Vahabov Mirqasım Fazil oğlu  31 dekabr 1955-ci ildə anadan olmuşdur.
 
***
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti Qaynarinfo-ya açıqlamasında 67 yaşlı general-mayor Vahabov Mirqasım Fazil oğlunun təqaüdə göndərilməsi xəbərini təsdiqləməyib. 

Əhməd