Xəbər lenti

ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb
Dünya22:18 22.03.2026

ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ ordusu İranın F-15 qırıcı təyyarəsini vurmadığını iddia edir.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
"Yalan. İran rejiminin bu yaxınlarda F-15 qırıcı təyyarəmizi vurduğu barədə şayiələr yayılıb. Əməliyyatı zamanı ABŞ qüvvələri 8000-dən çox döyüş uçuşu həyata keçirib. İran bir dənə də olsun qırıcı təyyarəni vurmayıb", - deyə bildirilir.
Xatırladaq ki, İran ordusu martın 22-də Hörmüz adası yaxınlığında F-15 qırıcı təyyarəsinə hücum edildiyini və məhv edildiyini iddia edib.