Xəbər lenti

Emin Mahmudov Qurban Qurbanova çatdı
İdman 14:37 22.03.2026

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov "Neftçi”də 70-ci qolunu vurub. Yarımmüdafiəçinin yubiley topu Misli Premyer Liqasının XXV turuna təsadüf edib. "Ağ-qaralar”ın kapitanı "İmişli” ilə ev matçında (6:0) fərqlənib.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Emin 2017-ci ildən çıxış etdiyi "Neftçi” forması ilə çıxdığı 281-ci oyunda 70-ci qolunu vurub. O, Premyer Liqada 54 (229 oyunda), ölkə kubokunda 7 (27 oyunda), avrokuboklarda 9 (25 oyunda) dəfə rəqib qapılarına yol tapıb.

Emin "Neftçi”nin 89 illik tarixində 70 və ya daha çox qol vuran 10-cu futbolçudur. O, eyni sayda qol vuran Qurban Qurbanovla 9-10-cu yerləri bölüşür.

Qeyd edək ki, "Neftçi” tarixinin bombardiri Samir Ələkbərovun hesabında 142 qol var.

--> -->