Xəbər lenti

Tonqaldakı partlayışda xəsarət alanların vəziyyəti necədir?
Ölkə15:42 22.03.2026

Tonqaldakı partlayışda xəsarət alanların vəziyyəti necədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Sumqayıtda bayram tonqalında baş verən partlayış nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə mərkəzin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.
"Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.
Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd edək ki, bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub”, - məlumatda bildirilib.