Ölkə 23.01.2022

Goranboyda dəhşətli qəza: ölənərin sayı artdı (YENİLƏNİB)

Goranboyda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.

APA-nın məlumatına görə, yol qəzasında ağır xəsarətlər alan 1972-ci il təvəllüdlü Dilarə Əliyeva xəstəxanada vəfat edib.

Bununla da, qəzada ölənlərin sayı 3-ə çatıb.

13.38
 
Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qızılhacıllı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "BMW” və "VAZ 21099” markalı iki avtomobilin toqquşası zamanı 2 nəfərə ölüb, 5 nəfər ağır yaralanıb. Qəza zamanı ölənlər 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı ,1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır.

Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?