Xəbər lenti

Goranboyda iki yeniyetmə kanalda batıb
Ölkə 17:36 15.06.2018

Goranboyda iki yeniyetmə kanalda batıb

Goranboyda iki yeniyetmə kanalda batıb.

Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, rayonun Dəliməmmədli qəsəbəsindən keçən su kanalına girən 13-14 yaşlı iki oğlan boğulub.

Hadisə yerinə xilasedicilər cəlb olunub, yeniyetmələrin meyiti sudan çıxarılaraq, ailələrinə təhvil verilib.

Kanalda batan yeniyetmələr Dəliməmmədli qəsəbə sakinləri Vəliyev Bayram Taleh oğlu və Bayramov Məhəmməd Elçin oğludur. Onlar evdən müəllim yanına hazırlığa getmək adı ilə çıxıblar. Xoylu kəndində kanalda çimmək istəyərkən boğulublar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->