Dünya 13:31 20.10.2020

Güclü zəlzələdən sonra Alyaska sunami təhlükəsi ilə üz-üzə

Alyaska sahillərində güclü zəlzələ sunamiyə səbəb ola bilər.


Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidmətinin verdiyi məlumatda deyilir.

 

Xidmətin məlumatına görə, Şərqi Aleut adaları yaxınlığında 7,5 bal gücündə seysmik hadisə qeydə alınıb. Zəlzələnin episentri Sand Point yaşayış məntəqəsindən 91 km məsafədədir.


Hələlik itkilər və dağıntılar barədə məlumat yoxdur, lakin sunami meydana gəlməsi riski var.

 

Alpər