Xəbər lenti

Gülər Əhmədova danışdı
Siyasət 18:19 19.08.2014

Gülər Əhmədova danışdı

“Belə insanların əlindən hər şeyi almaq olar” 

“Qurunun oduna yaşın yanmasə hər zaman olub və olacaq, amma bu, cəmiyyətdə elə bir təlatüm yaradır ki, mövcud quruluşlar pozulur, formasiyalar dəyişir. Çünki məzlumun ahı heç zaman yerdə qalmır”. 

Qaynar.info xəbər verir ki, bu sözləri moderator.az-a müsahibəsində keçmiş millət vəkili Gülər Əhmədova deyib. 

O, bildirib ki, Heydər Əliyev də deyirdi ki, "Günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda dövlət sarsılar”: “Bu gün Ermənistan kimi bir dövlətin  böyük sarsıntı və fəlakət içərisində yaşamasının əsas səbəbi odur ki, onun başında əli günahsız körpələrin və qocaların qanına bulaşmış şəxslər durur. Unutmamalıyıq ki,  odlar içərisində yanan Şərq və Qərb məhz  dünyanın  günahkarlara cəza kəsməsinin nəticəsidir”.

G. Əhmədova “Allahla başbaşa qalmaq insanda hansı hissləri oyadır” sualına belə cavab verib: “Allaha baş-başa qalmaq  əslində artıq hər bir insan üçün onun həyatının böyük qələbəsidir. Bu o deməkdir ki, bu insan yaradanını və özünü tanıyır. Yaradanını və özünü tanıyan insan məğlubedilməzdir. Çünki  Yaradanını tanıyan insan əlindən hər an çıxa biləcək dünyaya və onun nemətlərinə deyil, yaradanına baglıdir. Belə insanların əlindən hər şeyi almaq olar, lakin nəticədə heç nəyi almaq olmaz”. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->