Xəbər lenti

İdman 20:20 18.09.2020

Güləş üzrə dünya çempionatına dair qərar nə vaxt veriləcək?

Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti onlayn iclası keçirilib.

Azərbaycan Güləş Federasiyasının (AGF) saytı xəbər verir ki, UWW-nin prezidenti Nenad Laloviçin rəhbərliyi altında baş tutan vebinarda UWW-nin Büro üzvü, AGF-da prezident əvəzi Namiq Əliyev də iştirak edib.

Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan gənclər və böyüklər arasında dünya çempionatlarının təyin olunan vaxtda baş tutub-tutmaması məsələsi açıq qalıb. Bununla bağlı qərar UWW-nin İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək.

Belə ki, oktyabrın 5-də baş tutacaq həmin iclasda pandemiyanın inkişaf tempi nəzərə alınacaq və ilin son mühüm yarışının taleyinə aydınlıq gələcək.

Qeyd edək ki, UWW dekabrın birinədək beynəlxalq yarışların bir qismini təxirə salıb, böyük əksəriyyətini isə ləğv edib. Bunlar arasında U-15 Avropa çempionatı, yeniyetmələr və 23 yaşadək güləşçilər arasında dünya və Avropa çempionatları, eləcə də gənclər arasında qitə birinciliyi də var.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?