Xəbər lenti

Gülnarə Kərimova həbs olundu
Dünya 09:26 06.03.2019

Gülnarə Kərimova həbs olundu

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.

Qaynarinfo "Channel News Asia"ya istinadən xəbər verir ki, bu barədə Gülnatə Kərimovanın qızı İman Kərimova məlumat verib. Prokurorluğun əməkdaşları axşam saatlarında G. Kərimovanın Daşkənddə yerləşən evinə girib və onu naməlum istiqamətə aparıblar. Prokurorluq məsələ ilə bağlı açıqlama verərək xanım Kərimovanın ev dustaqlığı ilə bağlı qaydaları pozduğunu və həbsə göndərildiyini açıqlayıb.

Gülnarə Kərimova Daşkənddə saxlanılıb. Onun barəsində seçilmiş azadlığın məhdudlaşdırılması qətimkan tədbiri ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə ilə əvəzlənib.

Gülnarə Kərimova 2017-ci ilin dekabr ayında 10 il müddətinə azadlıqdan məhrum edilmiş, lakin 6 aydan sonra cəzası yüngülləşdirilərək 5 il ev dustaqlığı  ilə əvəzlənmişdi. Həmçinin evini tərk etməsinə, rabitə-kommunikasiya vasitələrindən istifadə etməsinə qadağa qoyulmuşdu. Bununla belə, Kərimovanın məhkəmə icraçılarının tələblərinə məhəl qoymadığı bildirilirdi. 2018-ci ildə Gülnarə Kərimovanın Dubaya qaçdığı iddia edilmişdi. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->