Xəbər lenti

Gülnarə Kərimova sərvətindən imtina etdi
Dünya 10:22 25.06.2019

Gülnarə Kərimova sərvətindən imtina etdi

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova 1,2 milyon dollarlıq sərvətindən imtina edib.

Qaynarinfo xəbər verir ki, G.Kərimova bu barədə sosial şəbəkədə açıqlama dərc edib və sərvətin dövlət büdcəsinə keçdiyini açıqlayıb. O, xarici ölkələrdəki investisiyaları geri qaytarmağa çalışdığını qeyd edib. Prezident qızı Özbəkistan xalqından üzr istəyib və ölkəsi üçün hər zaman xidmət göstərməyə hazır olduğunu dilə gətirib.

Xatırladaq ki, Gülnarə Kərimova korrupsiya, rüşvət, dələduzluq və s. ittihamlarla 5 il müddətinə ev dustaqlığına məhkum edilib. Ötən aylarda qaydalara əməl etmədiyinə görə həbsxanaya göndərilib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->