Gülüstan Əliyeva: “Bunu kim deyirsə, özü korona olsun...”

Gülüstan Əliyeva: “Bunu kim deyirsə, özü korona olsun...”

"Mənim Qarabağa, Şuşaya getməyə haqqım var”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Opera və Balet Teatrıın solisti Gülüstan Əliyeva deyib. Müğənni Şuşaya dəvət almamasının səbəbini Birinci Qarabağ Müharibəsində iki şəhid verən ailəyə qarşı haqsızlıq hesab edir:

"Mənə Şuşaya səfərlə bağlı təklif gəlməyib. Həyat yoldaşım və qardaşım şəhid olub. Nədənsə mən bu səfərlərdən kənarda qalmışam. Şuşaya aidiyyatı olmayan adamlar orada yorğan-döşək salıb yatırlar, amma ailədən iki şəhid verən Gülüstan Əliyeva bir dəfə də Qarabağa getməyib. Elə istəyirəm mən də gedəm, amma yada salmırlar, təklif gəlmir. Özüm gözləyirəm ki, mənə təklif olunsun”. 

Əməkdar artistin sözlərinə görə, bəzi adamlar Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri arasında ayrıçeçkilik edirlər:

"İndi şəhid olanlar şəhiddi, Birinci Qarabağ savaşında şəhid olanlar deyil? Belə ayrıseçkilik etməyi başa düşə bilmirəm. Rəsmi təklif gözləyirəm. Amma baxıram ki, yada düşmürəm. Şəhid qardaşım Yevlax rayonunda dəfn olunub, həyat yoldaşım isə Cəbrayılda. Elə istəyirəm gedəm, qəbrini tapıb ziyarət edəm. Mən göz qarşısında olan adamam, görünən kəndə nə bələdçi? Şuşaya səfərlər kimi oradakı konsertlərə də eyni adamları aparırlar. Sanki Azərbaycanda başqa xanəndə yoxdur”.   

Sənətçi koronavirus olması xəbərinə də aydınlıq gətirib:

"Səhhətim əladır, heç bir problem yoxdur. Panikanı yayanın da təpəsinə bir yekə daş düşsün. Dekabr ayında karona olmuşdum. Sağaldım. Vaksin də olunmuşam. Bunu kim deyirsə, özü korona olsun”.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X