Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalovanın atası, Rəhman Zeynalovun gecə saatlarında halı pisləşib.
Axşam.az-ın məlumatına görə, bu haqda sənətçi İnstaqram səhifəsində yazıb. O, xəstəxanaya yerləşdirilən atası üçün dua etdiyini bildirib.
G.Zeynalovanın qardaşı, bəstəkar-müğənni Tunar Rəhmanoğlu əməkdaşımızla söhbətində bunları deyib: “Gecə qəfildən ürəyində ağrılar oldu. Xəstəxanaya gətirmişik. Həkimlərdən bir cavab gözləyirik. Bu günə kimi heç vaxt ürəyindən şikayəti olmamışdı”.
Qeyd edək ki, G.Zeynalova bir neçə gündür Bakıdadır.
Qaynar.info
Şərhlər