Gürcüstan gürcü-osetin münaqişəsi zonasında tikanlı məftillərin çəkilməsi ilə əlaqədar İsveçrə səfirliyi vasitəsilə Rusiyaya nota göndərib.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze Aİ-nin ölkədəki missiyasının rəhbəri Filip Dimitrovla keçirdiyi görüşdən sonra bildirib.
Nazir Aİ səfirini regiondakı vəziyyətlə tanış edib.
Notada Gürcüstan XİN bəyan edib ki, Rusiya sərhədçiləri Gürcüstanın Sxinvali regionu ilə həmsərhəd olan Qori rayonunun Ditsi kəndində və Kareli rayonunun Dvani kəndində tikanlı məftillər çəkiblər.
Xarici İşlər Nazirliyi bu faktla əlaqədar hiddətini ifadə edib və qeyd edib ki, bu, ölkənin ərazi bütövlüyü prinsipinin pozulması deməkdir.
Dimitrov bildirib ki, Avropa İttifaqının müşahidə missiyası bütün məlumatları dəqiqləşdirmək üçün münaqişə zonasına öz nümayəndələrini göndərib: "Söhbət heç də rus sərhədçilərin neçə metr irəli gəlməsindən deyil, prinsipdən gedir".
Qaynar.info
Şərhlər