Xəbər lenti

Gürcüstanda yol qəzasında xəsarət alan azərbaycanlıların sayı 11-ə çatıb (YENİLƏNİB)
Dünya 16:34 06.09.2018

Gürcüstanda yol qəzasında xəsarət alan azərbaycanlıların sayı 11-ə çatıb (YENİLƏNİB)

"Gürcüstanın Rustavi şəhərində yol qəzasında xəsarət alanların vəziyyətləri orta-ağırdır".

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, bu barədə Rustavi Şəhər Mərkəzi Xəstəxanasının travmatoloqu David Baçilava bildirib.

Onun sözlərinə görə, xəstəxanaya qəzada xəsarət alan 11 azərbaycanlı yerləşdirilib: "Onların 3-nün vəziyyəti orta ağır olsa da, həyatlarına təhlükə yoxdur. Onlar əməliyyat olunacaqlar. Digərləri isə ilkin tibbi yardım və müayinədən sonra evə buraxılacaq".

D.Baçilava qəzada xəsarət alan Azərbaycan vətəndaşının vəziyyətinin çox ağır olmadığını və onun da əməliyyat olunacağını bildirib.
 
***** 
Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada" markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.

Xəsarət alanların qohumlari "Report"a bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.

Xəsarət alanlar Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->