Gürcüstanda rus dilində mahnıya görə dava düşdü

Gürcüstanda rus dilində mahnıya görə dava düşdü

Gürcüstanın qərbində yerləşən Zuqdidi şəhərində kütləvi dava olub.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin "Rustavi-2" kanalı məlumat yayıb. Hadisə yanvarın 8-i yerli otellərdən birində baş verib. Məlumata görə, davaya səbəb qonaqların rus dilində mahnı tələbi olub. Digər ziyarətçilərin buna qarşı çıxması qarşıdurmanın böyüməsinə gətirib çıxarıb. Mübahisədə qonaqlarla yanaşı, musiqiçilərin və müəssisənin təhlükəsizlik işçilərinin də iştirak etdiyi deyilir. Lakin otel sözügedən məlumatı təsdiqləməyib.

Davadan sonra 2 nəfər saxlanılıb. Onlardan biri 1000, digəri isə 300 lari məbləğində cərimə olunub.
 
Camal
XƏBƏRLƏR
BLOGLAR