Dünya 16:04 05.12.2021

Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi

Gürcüstandan Ermənistana giriş qaydalarına dəyişiklik edilib.

Əgər əvvəllər bütün insanlar Ermənistana daxil olarkən sərhəddə və ya hava limanında PCR testindən keçə bilirdilərsə, indi bunu yalnız Ermənistan Respublikasının vətəndaşları edə bilər.

Digər ölkələrin vətəndaşları sərhəddə mənfi PCR nəticəsi təqdim etməli və ya peyvənd sertifikatı ilə Ermənistana daxil olmalıdırlar.
Ermənistana daxil olarkən 6 yaşınadək uşaqlar üçün mənfi test nəticəsi və ya peyvənd sertifikatı tələb olunmur.

Ermənistana giriş həm hava, həm də quru yolu ilə əcnəbilər üçün açıq qalır, yalnız ölkəyə girişdən 72 saat əvvəl mənfi test nəticəsi və ya peyvənd sertifikatı təqdim etmək lazımdır. Yuxarıda göstərilən sertifikatlardan hər hansı biri təqdim edilmədikdə, Ermənistan Respublikasının ərazisinə daxil olması qadağandır. /Modern.az