İlin əvvəlindən Gürcüstanın dövlət borcu 173 milyon dollara azalaraq 4,03 milyard dollara düşüb.
Beynəlxalq maliyyə institutlarının kriteriyalarına əsasən bu səviyyədə borc Gürcüstan kimi iqtisadiyyatı olan ölkələr üçün çox yaxşı göstəricidir.
Azvision.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu məbləğin 3,998 milyard dolları Gürcüstan hökumətinin, qalanları isə hakimiyyətin zəmanəti altında borc götürən özəl və dövlət şirkətlərinin payına düşür.
Gürcüstanın ümumilikdə 17 ölkəyə borcu var. Hökumətin bu ölkələrə borcunun ümumi məbləği 709,6 milyon dollardır.
Gürcüstana kredit verən ölkələr siyahısında Azərbaycan da var. Gürcüstanın Azərbaycana olan ümumi borcunun məbləği 11 milyon 288 min dollardır.
Qaynar.info
Şərhlər