Xəbər lenti

Gürcüstanın baş naziri ABŞ-a meydan oxudu: “Özünə zərər verəcək”
Dünya 11:18 15.05.2024

Gürcüstanın baş naziri ABŞ-a meydan oxudu: “Özünə zərər verəcək”

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-ın "Xarici təsirin şəffaflığı haqqında” mübahisəli qanunun qəbulu ilə əlaqədar Gürcüstan rəsmilərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı xəbərdarlıqlarını "əks-məhsuldar” adlandırıb.

Qaynarinfo xəbər verir ki, onun sözlərindən "Novosti-Georgia” sitat gətirir.

Kobaxidze deyib ki, Gürcüstana qarşı mümkün sanksiyalar barədə söhbətlər "qeyri-ciddi və əks-məhsuldardır”, əgər ABŞ ikitərəfli münasibətləri yaxşılaşdırmaq istəyirsə, bilsin ki, 2023-cü ildə dörd gürcü hakimə qarşı sanksiyaların tətbiqindən sonra "ABŞ-ın reputasiyası ciddi şəkildə zədələnib”.

"Biz ABŞ-ın reputasiyasının zədələnməsini istəmirik. Birləşmiş Ştatlara çağırışımız tərəfdaşlıq haqqında düşünmək və əks-məhsuldar addımlara əl atmamaqdır. Əvvəla, bu, onlara zərər verəcəkdir. Bu, bizim siyasi komandamıza heç bir zərər verməyəcək; Ona görə də mən bir daha hamını praqmatik olmağa çağırıram”, - deyə baş nazir bildirib.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında” qalmaqallı layihəsini sonuncu üçüncü oxunuşda təsdiqləyib, polis insanları dağıtmağa başlayıb, qarşıdurmalar və həbslər baş verib. Bundan əvvəl deputatlar debat zamanı əlbəyaxa dava ediblər.

Həmin gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Gürcüstana səfər edib. Səfərdən sonra o, demokratiyanı sarsıtdıqlarına görə Gürcüstan rəsmilərinə qarşı sanksiyaların mümkünlüyü barədə xəbərdarlıq edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->