Dünya 15:45 22.09.2019

Gürcüstanın dövlət sərhədini pozan 4 azərbaycanlı saxlanıldı

Cari ilin iyun-avqust aylarında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən 96 xarici ölkə vətəndaşı saxlanılıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisi məlumat yayıb.

Saxlanılan şəxslərin 15-i Türkiyə, 4-ü Azərbaycan, 8-i Hindistan, 4-ü Ermənistan, 5-i Mərakeş, 5-i İran vətəndaşı olub.

Hesabat dövründə 1 İraq, 1 Əfqanıstan və 1 Misir vətəndaşı və vətəndaşlığı olmayan 8 şəxs qonşu ölkənin sərhədlərini qeyri-qanuni keçməyə cəhd edərkən saxlanılıb.