"Tiflislə İrəvanın hərbi müstəvidə əməkdaşlığının arxasında Fransa dayanır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Gürcüstan müdafiə nazirinin Ermənistana səfərini şərh edərkən deyib. Politoloq bildirib ki, Tiflisi buna Fransa məcbur edir:
"Gürcüstanın Azərbaycana qarşı birdən-birə bu qədər qeyri-səmimi mövqe tutmasının səbəbi onun Qərb tərəfindən aldadılmasıdır. Tiflisi guya Avropa İttifaqına qəbul edəcəklərilə aldadırlar. Başa düşmürlər ki, bu, baş verən deyil. Qərb fikirlərşir ki, Ukrayna kimi, Gürcüstan və Ermənistanın əlilə də Rusiyanı bölgədən çıxaracaq. Ermənistanı qəbul etməyən, aralarında ciddi qarşıdurma olduğu bir halda, birdən-birə Tiflisin İrəvana isti münasibət sərgiləməsi, Fransadan ermənilərə gələn silahların Gürcüstan üzərindən keçirilməsi, bunların arxasında birmənalı şəkildə Paris durur”.
Cümşüd Nuriyev qeyd edib ki, Fransa hər iki tərəfi Rusiya ilə üz-üzə qoyur:
"Bunun nəticəsinin nə olacağını görəcəyik. Hər halda, nə Gürcüstan, nə də Ermənistan üçün tunelin sonunda işıq görünmür".
Qeyd edək ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze noyabrın 16-da Ermənistana səfər edib. "Sputnik Ermənistan"ın iddiasına görə, Burçuladze Ermənistana səfəri çərçivəsində Suren Papikyanla 2024-cü il il üçün hərbi əməkdaşlıq sahəsində saziş imzalayacaq.
Rüfət Sultan
Şərhlər