Xəbər lenti

Gürcüstanın istehsal etdiyi elektromobil belə adlanacaq
Texnologiya 22:13 24.08.2019

Gürcüstanın istehsal etdiyi elektromobil belə adlanacaq

Gürcüstan ilk dəfə istehsal edəcəyi elektromobillər "Orvo” adlanacaq. "Orvo” qədim Kolxidi dilindən tərcümədə "Səkkizlik” (sonsuzluq) deməkdir.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə avtomobilin sənaye üzrə dizayneri Zviad Tsikoliya məlumat verib.

Onun sözlərinə görə, bu ideyanın müəllifi Gürcüstan Texniki Universitetinin professoru, İDS Beynəlxalq Dizayn Məktəbinin rektoru Qiqa Xatiaşvilidir.

Məlumat üçün qeyd edək ki, regionda ilk elektromobil zavodunun Gürcüstanın Kutaisi şəhərində tikilməsi ilə bağlı bu ölkənin "Igroup” və Çinin "Changan Automobile” konsorsiumu arasında memorandum imzalanıb.

Artıq gələn ildən elektromobillərin satışına başlanılacağı bildirilir. Zavodda istehsal olunacaq elektromobillərin 50 faizi daxili bazara yönəldiləcək, digər hissəsi isə Avropa İttifaqı ölkələrinə göndəriləcək. Zavodun illik istehsal gücü 40 min avtomobil təşkil edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->