Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.
Qaynarinfo xəbər verir ki, XİN başçısı bu barədə özünün "Twitter" hesabında paylaşım edib.
"Müstəqilliyinin 29-cu ildönümü münasibəti ilə Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, strateji tərəfdaşımızla olan nümunəvi əlaqələrimiz daha da dərinləşəcək və regionumuzun sülh, stabillik və inkişafına töhfə verəcək", - deyə təbrikdə vurğulanır.
Şərhlər