Gözldə buz qırıldı, turistlər suya qərq oldu: hər şey anbaan çəkildi (VİDEO)

Gözldə buz qırıldı, turistlər suya qərq oldu: hər şey anbaan çəkildi (VİDEO)

Donmuş Baykal gölünün üstündə gəzindiyə çıxan Zaxar və Boris Sarapulov sahildən 300 metr məsafədə aralanandan sonra əsil fəlakətlə üz-üzə gəlib.

Qaynarinfo xəbər verir ki, qəfildən çatdıqları nöqtədə gölün dibindən isti bir bulaq qaynadığı məlum olub. Turistlər həmin anda hərəkətlərini kameraya çəkirmiş ki, bu da həmin hadisənin də çəkilməsinə səbəb olub. Bulağın qaynadığı yerdə buzlar qırılıb və onlar suya qərq olublar.

Yayılan videonun müddəti təxminən bir dəqiqədir, ancaq mətndə qeyd edilir ki, onlar suda 17 dəqiqə keçirib, sonra əyin-başları islanmış şəkildə altı kilometr yol getməyə məcbur olublar. Nəticədə hər şey yaxşı qurtarıb. 

Videonun müəllifi bu təcrübəni təkrarlamağı hər kəsə məsləhət görüb. 

XƏBƏRLƏR
BLOGLAR