Ölkə 09:30 29.10.2020

Hacıyev “Qırmızı Aypara” könüllüsünün ölümündən yazdı

"Humanitaristlər hədəf deyillər. Qırmızı Aypara Cəmiyyətinin könüllüsü Ermənistanın kasetli bomba ilə Azərbaycanın Bərdə şəhərini atəşə tutması zamanı humanitar dəstək verərkən öldürülüb”.


Qaynarinfo xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.