ABŞ Dövlət katibinin müavini Azərbaycan hakimiyyəti ilə danışıqlarının detallarını açıqlaylb
Bu günlərdə Bakıdasəfərdə olanABŞ Dövlətkatibinin demokratiya, insan hüquqları vəəmək məsələləri üzrə köməkçisininmüavini Tomas Melia “Azadlıq” radiosuna müsahibə verib. O, Azərbaycandainsan haqlarının durumu, prezident seçkiləri, icazəsiz aksiyalar,korrupsiya və sonvideo qalmaqallarla bağlı suallara cavab verib. Müsahibənikiçik ixtisarla təqdimedirik:
Azərbaycan hakimiyyəti insan haqlarına hörmət qoymağı öyrənməlidir
– Bakıya ötən ilki səfərinizdə Azərbaycan hakimiyyətini insan haqlarına hörmət etməyə və siyasi açıqlığa çağırmışdınız. Həmin vaxtdan bu yana hakimiyyətin davranışında nə dəyişib?
– Kədərliolsa da, qeyd etməliyəm ki,ötən ildən bəriümumilikdə demokratik idarəçilik sahəsində, insanhaqları ilə bağlıelə də nəzərəçarpacaqirəliləyişolmayıb. Ancaq məmnunuqki, ötən il həbsdə olan bəzijurnalist vəbloqqerlərburaxılıb. Xüsusən birneçə ay əvvəlburaxılmış BəxtiyarHacıyevin adını qeyd etmək istərdim. Bütün bunlar yaxşıdır. Ancaq onu dademəklazımdır ki, onlar ifadəazadlığından istifadə etdiklərinə görə həbsəatılmamalıydılar. Biz Azərbaycanhökuməti iləişimizi davam etdiririk, onların ATƏT kimi beynəlxalqqurumlar qarşısında öhdəlikləriniyerinə yetirməsinəçağırırıq. Ötən ildən gözəçarpanirəliləyişgörməsək də, gələn ilkiprezident seçkilərinindemokratik siyasi proses üçün potensialını, bütün vətəndaşlarınhaqlarına hörmətqoyduğunu göstərməsi üçünAzərbaycanadaha bir imkan yaradacağına ümid bəsləyirik.
– Bəzi jurnalist və bloqqerlərin həbsdən buraxıldığını qeyd etdiniz. Ancaq cəmiyyətdə bir qorxu var ki, buraxılan fəalların yerinə yeniləri həbs oluna bilər. Bu tendensiyanı birdəfəlik dəyişmək üçün nə etmək lazımdır?
– Dəyişilməli olanodur ki, Azərbaycangünün məsələlərinin,ölkəninproblemlərinindaha açıq müzakirə yolunutapmalıdır. İqtisadi imkanlar açılmalıdır, bütün azərbaycanlılariqtisadi inkişafa qatılmalıdır. Ölkənin siyasi, sosial-iqtisadi inkişafbaxımından düzgün yola necəçıxacağınıinsanlar düşünəcəklər. İdarəçiqurumlar müxtəliffikirlərədözümlü yanaşmağın yolunu tapmalıdırlar. Bu, 21-ci əsrdə uğurunaçarıdır. Azərbaycanıntam çiçəklənən,suveren, uğurlu ölkə olmasıüçün hakimiyyətinsanların öz fikrini ifadəhaqqına hörmətqoymağı öyrənməlidir.Azərbaycanxalqı daha çox açıqlığa vədemokratiyaya hazırdır. Ölkənin bu istiqamətdə irəliləməsinə köməkedirik.
Açıq rəqabət, mediaya çıxış, sərbəst toplaşma imkanları olmalıdır
– Dövlət katibi Hillari Klinton ötən həftəsonu Dublində bildirib ki, Qafqazda seçkilər heç də həmişə azad vəədalətli keçmir. Azərbaycan rəsmiləri ilə görüşlərinizdə prezident seçkisi ərəfəsində vəziyyəti dəyişəcək hansı sehrli sözlərdən yararlandınız?
– Başqa ölkələrdəqaldıracağım məsələlərətoxundum. Seçkinin önəmliolması, təkcə beynəlxalqictimaiyyətindeyil, yerli əhalinində həqiqiproses sayması üçün, açıq rəqabət, mediaya çıxış, sərbəsttoplaşma imkanları olmalıdır. İnsanlar qorxusuz-ürküsüz istədikləri şəxslə görüşməli, hər hansıməsələniqaldıra bilməlidirlər. Bu məsələləri Azərbaycanınyüksək rütbəli rəsmiləri iləmüzakirə etdim.Onlar çözüm yollarını bilirlər. Azərbaycanın problemini nə ABŞ çözəcək, nə də başqaölkələr –bunu yaddan çıxarmaq olmaz. Öz gələcəyini Azərbaycan xalqı və rəsmilərtapıb-bilməlidir.Bizim Azərbaycanayatırımlarımız var və həm dövlətlər, həm də xalqlar arasında geniş əlaqələrqurmaq istəyirik.Bunları gerçəyə çevirməkdən ötrüAzərbaycanazadlıq vədemokratiyaya doğru inamla addımlamalıdır.
Şərhlər