Hakimiyyətlə dialoq: Formatda nələr var, nələr müzakirə olunur? - Partiya sədri

Hakimiyyətlə dialoq: Formatda nələr var, nələr müzakirə olunur? - Partiya sədri

"Bu təkliflər zamanla konsepsiyada öz əksini tapacaq və daha sağlam iqtidar-müxalifət münasibətləri formalaşmasına öz təsirini göstərəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, Böyük Qululuş Partiyasının sədri Fazil Mustafa iyulun 7-də Prezidenti Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Milli Məclisdə təmsil olunan siyasi partiya rəsmiləri arasında keçirilən yeni iqtidar-müxalifət münasibətləri konsepsiyasından danışarkən deyib. 

Partiya sədri son 6 ayda iqtidar-müxalifət dialoqunun aparılması istiqamətində çox işlər görüldüyünü vurğulayıb:



"Siyasi partiyalarla Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyev arasında görüş keçirilib. İki dəfə də bizimlə görüş olub. Hesab edirəm ki, çox səmərəli müzakirələrimiz keçdi. Görüşdə irəli sürülən təkliflərimizin əksətiyyəti nəzərə alındı. Bütövlükdə bu istiqamətdə daha ciddi bir münasibətlər formalaşıb. Parlamentdə rəhbərlikdə partiyaların təmsil olunması bu münasibətlərə yeni bir səhifə açdı. Son konfransda ictimai-siyasi vəziyyət və parlametdə partiyaların fəaliyyəti ilə bağlı maraqlı müzakirələr aparlıb. Bu təkliflər zamanla konsepsiyada öz əksini tapacaq və daha sağlam iqtidar-müxalifət münasibətləri formalaşmasına öz təsirini göstərəcək. 2011-ci ildən bu günə kimi partiyalar qeydə alınmırdı. Artıq partiyalar qeydə alınmağa başlayıb. Bunlar iqtidar-müxalifət münasibətlərində müsbət irəliləyişlərdir. Ümid edirəm ki, bu istiqamətdə yeniklərin şahidi olacağıq".

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki, videokonfrans parlamentdə fəaliyyət göstərən siyasi partiyalarla görüş və siyasi müzakirələrdən ibarət olub:



"Bu görüşün keçirilməsi ilk dəfə deyil. Əsas məsələ ölkəyə, dövlətə olan təhlükələrlə bağlı məsələlərdir. Azərbaycan dövlətçiliyiniə, ərazi bütövlüyünə, müstəqilliyinə yaradılan problemlər müzakirə mövzusu olmalıdır. Və təbii ki, siyasi partiyalar bu proseslərdə iştirak edib öz təkliflərini verməlidirlər. Bu dəfə mövzu Azərbaycan xalqı üçün təhlükəli olan pandemiya ilə bağlı idi. Düşünürəm ki, bu, düzgün prosesdir. Azərbaycan xalqına olan təhlükələrdə baxışlarından asılı olmayaraq bütün siyasi qüvvələr bir araya gələrək gücünü dövlətin müdafiəsinə yönəltməlidir. 

Pandemiya ilə mübarizədə bütün güclərimizi səfərbər etməliyik. Azərbaycan xalqının həm sağlamlığı, həm sosial müdafiəsi, həm də iqtisadi problemlərin artması yolları birgə müzakirə olunmalıdır".

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR