“Hamınıza pis xəbərim var, məni daş-qalaq edəcəklər” – Hz. İsanın Quranı...

“Hamınıza pis xəbərim var, məni daş-qalaq edəcəklər” – Hz. İsanın Quranı...

"Bilirəm, məni daş-qalaq edəcəklər, dinsiz və kafir adlandıracaqlar, fəqət mən deməliyəm ki, hamınıza pis xəbərim var.


Qaynarinfo xəbər verir ki, bu sözləri yenicə çapdan çıxan "Hz. İsanın Quranı” kitabının müəllifi Elçin Aslangil deyib.

 

Müəllif "Hz. İsanın Quranı”nı bütün ziddiyyət və müəmmaların kəsişdiyi nöqtə adlandırıb:

 

 

"Romanda həriflərin fiziki hərəkət qanunu və eləcə də, ibranicə işarələr var. Bu işarələrin hər biri romandakı surələrdə öz əksini tapıb. "Hz. İsanın Quranı” roman ənənəçiliyindən uzaqdır. Bütün obrazlar, oxucunu müəmmalarla dolu hadisələrə sürükləyir. Olduqca oxunaqlı və oxucunu daim qəflət hadisələrlə əqli burulğanlara sürükləyən romandır. Bilirəm, məni daş-qalaq edəcəklər, dinsiz və kafir adlandıracaqlar, fəqət mən deməliyəm ki, hamınıza pis xəbərim var - "Allah ölüb”. Kitab çox yaxında satışda olacaq”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR