Foto 13:10 14.10.2019

17 itkin, 189 yaralı, 40 ölü: Fəlakət böyüyür (FOTOLAR)

Yaponiyada müşahidə edilən Haqibis qasırğası nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, güclü yağışlar, sel, torpaq sürüşmələri ilə müşahidə edilən qasırğa başlayandan bəri 17 nəfər itkin düşüb, 189 nəfər xəsarət alıb. Naqano, Fukuşima, Niiqata, İvata və s. ərazilərdə illik yağıntı normasının 40%-i 2 gün ərzində düşüb. 21 su hövzəsində daşqın qeydə alınıb. Yağıntıların davam edəcəyi gözlənilir.

110 min nəfər axtarış-xilasetmə tədbirlərinə cəlb edilib. 

Qeyd edək ki, Haqibis son 60 ildə Yaponiyada müşahidə edilən ən güclü qasırğadır.

Gülşən