Dünya 14:40 16.10.2019

Haqibis qurbanlarının sayı artır

Yaponiyada müşahidə edilən Haqibis qasırğasının qurbanlarının sayı artır.

Qaynarinfo xəbər verir ki, qasırğanın 4-cü günündə ölü sayı 74 nəfərə çatıb. İtkin düşənlərin axtarışı davam etdirilir. Bu günə qədər ölkə ərazisində 73 daşqın faktı qeydə alınıb. Təbii fəlakət 13 min evi yararsız hala salıb, 1100 ev, 120 qatar vaqonu zərər görüb. Qatar səfərlərində gecikmələr müşahidə edilir. 12 min ev hələ də işıqsızdır. 

Qeyd edək ki, Haqibis Yaponiyada son 60 ildə müşahidə edilən ən güclü qasırğa hesab olunur.

Gülşən