Dünya 13:08 05.09.2017

Harveyin ardından daha bir fəlakət gəlir

ABŞ-ın Texas ştatında fəlakətə və milyardlarla dollar zərərə səbəb olan Harvey qasırğasının ardından Florida əyalətində İrma qasırğası təsirini göstərəcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Harveylə eyni təsir gücünə sahib olacaq İrma qasırğasının cümə günü Floridaya çatacağı gözlənilir. Artıq bölgədə fövqəladə vəziyyət elan edilib.

Qasırğanın bütün bölgəyə təsir edəcəyi və insanlara bu səbəbdən ehtiyatlı, sel fəlakətlərinə qarşı hazırlıqlı olmaları məsləhət görülüb.

Qeyd edək ki, Harvey qasırğası 50-yə yaxın insanın ölümünə, 100 milyard dollardan çox maddi zərərə səbəb olub.

Gülşən

Qaynarinfo.Az