Xəbər lenti

İdman 18:00 11.01.2019

Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya müraciət etdi

UFC çempionu Həbib Nurməhəmmədov Moskva "Spartak"ının yeni transferi Ayaz Quliyevə müraciət edib.

Qaynarinfo xəbər verir ki, dağıstanlı döyüşçü bu barədə "Instagram" hesabında yazıb.

31 yaşlı idmançı 23 yaşlı azərbaycanlı yarımmüdafiəçinin ona bənzədilməsindən danışıb: "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma".

Qeyd edək ki, "Spartak" azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində "Həbib, buraya gəl" deyə səsləyiblər. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?