Xəbər lenti

Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı qərar verildi
İdman 15:06 12.10.2018

Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı qərar verildi

ABŞ-ın Nevada ştatının atletika komissiyası ötən bazar Las-Veqasda keçirilən UFC 229 turniri ilə bağlı qərar verib.

Qaynarinfo xəbər verir ki, komissiyanın qərarına əsasən, rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor müvəqqəti olaraq diskvalifikasiya edilib.

Qərar 15-24 oktyabr tarixlərini əhatə edəcək. Bundan sonra komissiya döyüşçülərə sanksiyalar barədə qərar verəcək. 

Qeyd edək ki, Nurməhəmmədov-Makqreqor döyüşü oktyabrın 7-nə keçən gecə baş tutub. Əsas döyüşdə Nurməhəmmədov Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub saxlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->