Həbib Ronaldoya dəstək üçün stadiona gəldi, fitə basıldı

Həbib Ronaldoya dəstək üçün stadiona gəldi, fitə basıldı

Moskvada baş tutan "Lokomotiv” və "Yuventus” arasındakı matçı UFC çempionu Həbib Nurməhəmmədov da izləyib. Stadionun diktoru fəxri qonağı salamlasa da, "Lokomotiv” azarkeşləri bu salamlamanı fitlə cavablayıblar.

 

 

 

Qaynarinfo medianyus-a istinadla xəbər verir ki, buna səbəb isə Həbibin "Yuventus”un ulduz futbolçusu Ronaldonun dostu olması və stadionda ona azarkeşlik etməsi olub.

 

 

Oyundan sonra Nurməhəmmədov "Yuventus”un çətinliklə qələbə qazandığı matçla bağlı qısa şərh də edib:

 

 

 

"Oyun əla idi. Mənim xoşuma gəldi. Ronaldonun üç qol vəziyyəti oldu, amma vura bilmədi… Allaha şükür ki, vurmadı. "Lokomotiv” məndə xoş təəssürat yaratdı. Düznü deyim ki, bilmirdim, onlar belə yaxşı oynayırlar”.

 

 

 

Qeyd edək ki, Ronaldo və Nurməhəmmədov bir neçə ildir dostluq edirlər. Həbib Madridə "Real”ın oyununu izləməyə gedib və portuqaliyalı ulduza papaq hədiyyə edib. Öz növbəsində futbolçu da Həbibə öz formasını və top bağışlayıb.

XƏBƏRLƏR
BLOGLAR