Xəbər lenti

Ölkə 16:23 17.06.2021

Həbsdə olan icra başçısını kim əvəz edir?

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətləri müvəqqəti olaraq Fəxrəddin Vəliyevə həvalə edilib.

Qaynarinfo axar.az-a istinadla xəbər verir ki, F.Vəliyev Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri və rayon İcra Hakimiyyəti başçısının Sosial İqtisadi Məsələlər üzrə müavini vəzifəsini icra edir.

Xatırladaq ki, Şəmkir rayon İcra Hakimiyyəti Aparatının sabiq rəhbəri Alimpaşa Məmmədov korrupsiya faktlarına görə saxlanılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?