Dünya 11:21 27.02.2021

Həbsxanada qiyam: 200 məhbus qaçdı, 25 nəfər öldü

Haitinin paytaxtı Port-o-Prens şəhəri yaxınlığındakı Kroiks-des-Buquts həbsxanasında qiyam baş verib.

Qaynarinfo xəbər verir ki, məhkumların qaçmaq üçün təşkil etdiyi qiyam faciə ilə nəticələnib. Belə hadisə nəticəsində 25 nəfər ölüb. Onlardan 6-sı məhbusdur. 200-dən məhkum isə həbsxanadan qaçıb.

Həbsxanasından qaçan məhbuslar polislə atışıb. Rəsmilərin sözlərinə görə, məhbuslar qaçarkən vətəndaşlara hücum ediblər. Bu hücumlar nəticəsində bir neçə dinc sakinin öldüyü də bildirilib. Başqa bir məlumata əsasən, qaçanlardan biri Haitidəki silahlı dəstələrdən birinin başçısıdır.

Aydın