Qaynarinfo fanat.az-a istinadən xəbər verir ki, rusiyalı futbolçular - "Zenit"in üzvü Aleksandr Kokorin və "Krasnodar"ın oyunçusu Pavel Mamayev həms edilib. Dövlət məmurunu döyməkdə günahlandırılan futbolçular dekabrın 8-dək azadlıqdan məhrum ediliblər.
Bu dünya futbolunda baş verən ilk hadisə deyil. Bundan əvvəl də çoz sayda futbolçunun yolu həbsxanadan keçib. Həbsxanaya düşmüş bəzi futbolçuları təqdim edirik.
Adam Çapman - 2009-uc ildə avtoqəza zamanı bir nəfərin ölümünə səbəb olub və 30 ay həbs yatıb.
İan Vrict - Bir zamanlar "Arsenal" forması geyinən futbolçu maşınlarının vergi borcunu ödəmədiyi üçün məhkumluq həyatı yaşayıb.
Stiq Toftinq - Komanda yoldaşları ilə "DÇ-2002"nin oyununu izləyərkən restoranda dava saldığına görə 4 ay cəza alıb.
Peter Suan - Karyerasının ən uğurlu dövründə qumar oynadığı üçün həbsə düşüb və uzun müddət həbsxanada qalıb.
Nizar Trabelsi - "Əl Qaide" terror təşkilatı iəl əlaqəsi olduğu üçün 10 il həbs cəzası alıb.
Li Haqes - Maşını ilə yol kənarında dayanmış avtomobili vuran və içindəkilərin ölümünə səbəb olduğu üçün həbs edilib. Hadisə zamanı futbolçu sərxoş olub.
Coy Barton - Küçədə insanların üzərinə maşın sürdüyü üçün həbs edilib. Bundan əvvəl isə o, komanda yoldaşını döydüyünə görə həbsə düşmüşdü.
Miki Tomas - Sənəddə saxtakarlıq və çirkli pulların yuyulmasında ittiham olunaraq 18 ay həbs cəzası alıb.
Peter Storey - Qızıl qaçaqmalçılığı ittmahım ilə məhkum edilib. Daha sonra isə pornoqrafik filmlər çəkdiyi üçün həbsə düşüb.
Corc Best - Sərxoş avtomlbil sürərək əməkdaşına hücum etdyii üçün məhkumluq həyatı yaşamış futbolçular arasına düşüb.
Dunkan Ferqyusson - Adı bir çox qalmaqallarda hallanmış futbolçu "Raith Rovers"in hücumçusu Con Makstiyə kəllə atdığına görə həbs edilib.
Rene Hiquyta - 1993-cü ildə adam oğurluğunda ittiham olunaraq həbsə düşüb. Həmin şəxsi qaçırmağı isə ondan məşhur kolumbiyalı narkobaron Pablo Eskobar istəyib.
Can Molbi - ərxoş vəziyyətdə qəzaya düşdüyü üçün həbs edilib.
Toni Adams - "Qəbələ"nin sabiq baş məşqçisi maşınını evinin yaxınlığındakı divara çırpıb. Müayinə zamanı normadan 27 qat artıq spirtli içki qəbul etdiyi müəyyənləşəndən onra həbs olunub.
Adam Yohnson - 15 yaşlı qızla cinsi əlaqəyə girdiyinə görə məhkum edilib.
Çad Evans - Bir qız uşağına təcavüz edərək 5 həbs cəzası alıb.
Şərhlər