Sağlamlıq 13:50 25.10.2020

Həkim-narkoloq “poxmel”dən tez qurtulmanın yolunu açıqladı

Həkim-narkoloq Aleksey Kazantsev "Kanal Beş”ə verdiyi bir müsahibədə alkoqol normasını aşdığınız təqdirdə yaranmış "poxmel”dən hansı yolla tez qurtula biləcəyinizdən danışıb.


Qaynarinfo xəbər verir ki, mütəxəssisin dediyinə görə, 5 saniyə soyuq və isti suyu növbə ilə açarsanız, kontrastlı duş çox yaxşı kömək edəcək.


Həkimə görə, bundan sonra mütləq mineral su içməlisiniz. Bu şəkildə bədənin su-elektrolit balansı və qanda PH səviyyəsi bərpa olunur.


Səhər yeməyinə gəldikdə, həkim tam qızarmamış bir omlet yeməyi tövsiyə edib. Gün ərzində isə yantar və limon turşusu əsasında hazırlanan preparatları ilə birgə kalium və maqnezium olan vitaminlər və preparatlar da qəbul etməyi məsləhət görüb.


Bundan başqa, ümumi əhval-ruhiyyənizi yaxşılaşdırmaq üçün təmiz havada tələsmədən gəzmək də məsləhətdir.

 

Alpər