ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər.
AzVision.az xəbər verir ki, Ermənistan XİN-in yaydığı məlumata əsasən, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin perspektivləri müzakirə olunub.
Qeyd edək ki, sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Mnatsakanyanla görüşü keçiriləcək.
Şərhlər