Xəbər lenti

Siyasət 21:41 21.03.2013

Həmsədrlər Sarkisyanı təbrik etdi

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Yan Kelli (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırda fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər.

ANS PRESS-in verdiyi məlumata görə, həmsədrlər qondarma Dağlıq Qarabağ Respublikasından sonra İrəvana gedərək, bu ölkənin prezidenti Serj Sarkisyanla görüşüblər.

Görüş zamanı onlar S. Sarkisyanı yenidən Ermənistan prezidenti seçilməsi münasibəti ilə təbrik ediblər və ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bir sıra məsələləri və münaqişənin həlli yolu ilə bağlı atılacaq gələcək addımlarla bağlı bir sıra məsələləri müzakirə ediblər.

Qeyd edək ki, İrəvandan sonra həmsərlərin növbəti səfəri Azərbaycanadır. Onların Bakıya səfəri aprel ayının əvvəlində baş tutacağı gözlənilir.

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->